Məşhur fransız aktyor Klod Jiro vəfat edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 84 yaşlı aktyorun ölüm səbəbi açıqlanmır.
O, noyabrın 7-də, Sen-Prist-de-Şam kommunasında dəfn ediləcək.
- “Böyük” sözündən daha böyük ifadə olsaydı... - Mahirə Nağıqızı
- Tahir İmanov: “Prezident dedi ki, Murad Səmayə xalanı oynasa, konsertinizə gələrəm” - Müsahibə
- Muzey Mərkəzində Mahmud Rüstəmovun fərdi sərgisi açılıb
K.Jiro 1936-cı ildə Şamales kommunasında anadan olub. İlk dəfə 1958-ci ildə “Fırıldaqçılar” filminə çəkilib.
Bundan başqa, o, Anjelika haqqında filmlərdəki markiz Filipp de Plessi-Bellye rolu və “Kralın lənəti” mini serialındakı iştirakına görə də tanınıb.