Monika Belluççi teatr səhnəsinə çıxacaq

Monika Belluççi teatr səhnəsinə çıxacaq
30 avqust 2021
# 17:58

İtaliya aktrisası Monika Belluççi yunan əsilli opera müğənnisi Mariya Kallasın obrazını canlandıracaq.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Beluççi 21, 22, 23 sentyabrda “Məktublar və xatirələr” adlı mono tamaşa ilə Afinada yerləşən qədim Odeon Qeroda Attika teatrında səhnəyə çıxacaq.

Tamaşanın rejissoru “Mariya Kallas” adlı kitabın müəllifi Tom Volfdur.

Monika Belluççi Kallasın yayımlanmamış məktubları əsasında hazırlanan tamaşanın onu sehrlədiyini vurğulayıb. O, tamaşa zamanı Kallasın libaslarından birini də geyinəcəyini açıqlayıb.

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #