Maykl Ceksonun villası satıldı - 5 qat ucuz

Maykl Ceksonun villası satıldı - 5 qat ucuz
28 dekabr 2020
# 12:55

Maykl Ceksonun "Neverlend" adlandırdığı villası 22 milyon dollara satıldı.

Kulis.az "The Wall Street Journal"-a istinadən xəbər verir ki, villa 2016-cı ildəki ilkin məbləğindən 78 milyon dollar daha ucuz, təxminən 5 qat daha aşağı qiymətə satılıb.

1000 hektardan çox sahəsi olan bu malikanə ABŞ-da Santa-Barbara yaxınlığında yerləşir. Malikanəni milyarder Ronald Berkl alıb.

Qeyd edək ki, Maykl Cekson 1988-ci ildə aldığı bu villanı məşhur Piter Pen əhvalatındakı adanın şərəfinə Neverlend adlandırmışdı.

Nağıldakı Neverlend adasında uşaqlar heç vaxt böyümürdü.

Maykl Cekson buranı şəxsi parkına çevirmişdi. Parkın içində 3 dəmir yolu, müşahidə qülləsi, pirat gəmisi və "amerikan dağları" atraksiyonu var.

# 1556 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #