Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın “Uzun, incə bir yolda” adlı kitabı çap olunub.
Kulis.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitab milli düşüncənin, türkçülük ruhunun, məfkurə istiqamətinin qorunmasında və təbliğində ardıcıl xidmətləri olan Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı Azər Turanın ömür yoluna və yaradıcılığının vacib məqamlarının elmi dəyərləndirilməsinə həsr olunub.
Monoqrafiyanın elmi redaktoru akademik Nizami Cəfərovdur.
- Rüfət Həmzəyev vəzifəsindən azad edildi
- Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?
- Ramiz Rövşən - duyğularımın şeir dilinə tərcüməsi
