Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq

Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
27 fevral 2020
# 16:07

Martın 5-də Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılacaq.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunacaq sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək. Sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaqdır.

Sərgidə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyi öz musiqi nümunələri ilə çıxış edəcəkdir.

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

# # #