Bəstəkar müğənni Sevinc Ağasıyeva “Mehriban həkim” layihəsini təqdim edib.
Kulis.az xəbər verir ki, səhnə adı SİVVA olan, bəstəkar-müğənni bir dövrün məşhur "Əziz müəllimim” mahnısından sonra bu dəfə həkimlər üçün oxuyub.
Sözləri Mirmehdi Seydizadəyə aid olan “Mehriban həkim” mahnısının musiqisi Sevinc Ağasıyevaya, aranjimanı Samir Şirinova aiddir.
- Folknerin Heminquey haqda bir abzaslıq fikri: “Mənə deməyə söz qoymadı”
- Mir Cəlal Paşayevin kitabı alman dilinə tərcümə edildi
- “Arşın mal alan” Düşənbədə təqdim olundu
“Mehriban həkim”mahnısına “İctimai Televiziya” tərəfindən maraqlı sujet xətti olan klip də çəkilib. Klipin rejissoru Vüsal Həmdullayevdir.
Bəllidir ki, koronavirusla mübarizədə həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin üzərinə böyük yük düşür. Elə buna görə də “Mehriban həkim” layihəsi öz işini məsuliyyətlə görən, vicdanlı həkimlərə həsr olunub.