Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Niderlandın nüfuzlu musiqi agentliyi TACT ilə müqavilə imzalayıb.
Kulis.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən 2020-ci ilin dekabrından başlayaraq azərbaycanlı dirijorun bütün dünya üzrə konsertlərinin, orkestrlərlə çıxışlarının və səhnə fəaliyyətinin təşkilatına eksklüziv olaraq Niderland agentliyi nəzarət edəcəkdir.
Son illərdə TACT agentliyi dünyanın məşhur opera müğənniləri, dirijorları və rejissorları ilə yaradıcı əlaqələri və böyük layihələri gerçəkləşdirməyə nail olub.
Qeyd edək ki, Azərbaycanın tanınmış müğənniləri, Xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov və Əvəz Abdulla TACT agentliyi ilə əməkdaşlıq edirlər.
Azərbaycanın Əməkdar artisti Niderland musiqi agentliyi ilə müqavilə imzaladı
Müəllifin son yazıları
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb
10:50
7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi
10:26
7 avqust 2026
"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər
10:00
7 avqust 2026