Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar

Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
28 yanvar 2021
# 10:25

Xalq yazıçısı Anar Əməkdar elm xadimi Zemfira Səfərova ilə evliliyinin 59 illiyini qeyd edib.

Kulis.azın verdiyi xəbərə görə, bu barədə yazıçının qızı Günel Anarqızı sosial şəbəkələrdə paylaşım edib.

O, yazıb:

“Bu gün valideynlərimin toy günlərindən düz 59 il ötür. Adətən toylarının ildönümlərini evdə qeyd etmirik. Amma bu il ailə üzvlərimizlə, ən əsası isə iki nəticəsi ilə bərabər evlərində təbrik etdik onları. Brilliant toylarına düz 1 il qaldı. Allahdan diləyim bu tarixi də can sağlığı ilə hamımızın bərabər qeyd etməyimizdir. İnşallah!”

Təbrik edirik!

# 2126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #