Alimlər Van Qoqun qulağını kəsməsinin əsl səbəbini açıqladı

Alimlər Van Qoqun qulağını kəsməsinin əsl səbəbini açıqladı
3 noyabr 2020
# 14:12

Alimlər Hollandiyalı rəssam Vincent Van Qoqun qulağını kəsməsinin yeni səbəbini tapıb.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, Groningen Universiteti Tibb Mərkəzinin mütəxəssisləri rəssamın məktublarını araşdıraraq onun alkoqolizmdən əziyyət çəkdiyi üçün qulağını kəsdiyi qənaətinə gəliblər.

Mütəxəssislərin fikrincə, rəssam iki dəfə içkini tərgitdiyi üçün psixi pozuqluq yaşayıb. Aparılan tədqiqatlar zamanı rəssamda şizofreniyanın olduğu inkar edilib, lakin rəssamın həkimləri tərəfindən qoyulan epilepsiya diaqnozu öz təsdiqini tapıb.

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #