95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər
24 iyul 2026
# 11:35

"Star Trek" film seriyasındakı Kapitan Kirk obrazı ilə milyonların sevgisini qazanan 95 yaşlı aktyor Uilyam Şapner və 61 yaşlı qızı Melani ağır xərçəng xəstəliyinə qalib gəliblər.

Kulis.az xəbər verir ki, ata və qız "People" jurnalına verdikləri müsahibədə bu çətin sınaqdan necə çıxdıqlarından danışıblar.

Məlumata görə, 95 yaşlı aktyor və 61 yaşlı qızı eyni vaxtda 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkib. Onlar bu xəstəliyə qarşı tək başına deyil, bir-birinə dəstək olaraq mübarizə apardıqlarını və məhz bu inam sayəsində birgə qalib gəldiklərini deyiblər.

Qeyd edək ki, əfsanəvi aktyor dəri xərçəngindən, qızı Melani isə süd vəzisi xərçəngindən müalicə alırdı. Onların eyni vaxtda 4-cü mərhələdə olan xəstəliyə qalib gəlməsi xərçənglə mübarizə aparan minlərlə insan üçün əsl ümid və motivasiya qaynağına çevrilib.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər