"44" filminin çəkilişləri başa çatıb

"44" filminin çəkilişləri başa çatıb
6 noyabr 2025
# 16:33

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.

O bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib: “Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu”.

# 197 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər