32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi
15 iyun 2026
# 11:40

Amerikalı alt-pop musiqiçisi və internet fenomeni Oliver Tri Braziliyada içində olduğu helikopterin digəri ilə toqquşması nəticəsində həlak olan altı nəfərdən biri olub.

Kulis.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bazar günü Rio-de-Janeyro səmasında qəza baş verən zaman 32 yaşlı müğənni dünya turunda idi. Toqquşmadan sonra helikopterlərdən biri avtosalonun dayanacağına düşüb və 20-yə yaxın avtomobilin yanmasına səbəb olub.

Braziliya mediasının yaydığı kadrlarda helikopterlərdən birinin göydən düşməsi, eləcə də qəza yerindən alov və qatı tüstünün qalxması görünür. Səlahiyyətlilər toqquşmanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.

Rio-de-Janeyro ştatının Hərbi Yanğından Mühafizə İdarəsi qəza yerinə yerli vaxtla saat 09:00-da çağırıldıqlarını açıqlayıb.

​Məlumata görə, Qaspi kimi tanınan argentinalı məzmun yaradıcısı Qaspar Prim Diasın da helikopterlərdən birində olduğu güman edilir. Helikopterin sərnişin siyahısındakı digər şəxslər Lukas Brito Çaves, Lukas Vinyale və pilot Aleksandr Souza olub. İkinci hava gəmisinin heyət siyahısında isə yalnız pilot Çarlz Marsilyakın adı qeyd edilib.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər