“Poeziya dünyasının dühası” adlı onlayn müsabiqə başa çatdı

“Poeziya dünyasının dühası” adlı onlayn müsabiqə başa çatdı
21 avqust 2021
# 15:56

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin təşkil etdiyi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Poeziya dünyasının dühası” adlı onlayn şeir qiraəti müsabiqəsi başa çatıb.

Kulis.az xəbər verir ki, MKS-nin direktoru Saməddin Nəsirov müsabiqənin qaliblərini təbrik edib. Qaliblər fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Kolayır kənd kitabxana filialı “Nizami Gəncəvinin qəzəllərindən” adlı videoçarx hazırlayıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzinin Bum qəsəbə Mədəniyyət evi Nizami Gəncəvinin 880 illiyinə həsr olunan videoçarxı istifadəçilərə təqdim edib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin təşkil etdiyi “İncitək sözlər seç, dünya bəzənsin” adlı onlayn şeir qiraəti müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. İyul ayında təşkil edilən müsabiqəyə 31 nəfər oxucu müraciət edib. Onlardan Hürü Məmmədova I, Aytən Süleymanova II, Gülay Şabanova isə III yerə layiq görülüblər.

# 1466 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #