“Manqurt” nümayiş ediləcək

“Manqurt” nümayiş ediləcək
6 mart 2020
# 13:09

Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunacaq.

Kulis.az xəbər verir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

# 1374 dəfə oxunub

Müəllifin son yazıları

# # #