Rasim Balayev və Fuad Poladovun çəkildiyi filmin treyleri yayıldı

Rasim Balayev və Fuad Poladovun çəkildiyi filmin treyleri yayıldı
6 aprel 2017
# 11:09

Yeni çəkilmiş “Nazlı” filminin treyleri yayılıb. Kulis.azın məlumatına görə film aprelin 27-dən bütün kinoteatrlarda nümayiş olunacaq.

"Nazlı"nın ssenarisi Rəhman Rafiqoğlu və Tural Fitat tərəfindən yazılıb. Quruluşçu rejissor Rəhman Rafiqoğlu, quruluşçu operator isə Əli Sultanovdur. Filmin baş prodüseri Murad Məhərrəmlidir.

Filmdə Rasim Balayev, Fuad Poladov, Arif Quliyev, Mehriban Xanlarova, Məbud Məhərrəmov və başqa tanınmış aktyorlar çəkilib.

# 2424 dəfə oxunub

Müəllifin son yazıları

# # #