S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümü sentyabrın 16-da Ejen İoneskonun pyesi əsasında hazırlanmış “Mərasim” absurd tamaşasının premyerası ilə açacaq.
Kulis.az-ın teatrın rəsmi saytına istinadən verdiyi xəbərə görə, sdəhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərovdur.
Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki, Oleq Əmirbəyov, Mariya Dubovitskaya və başqaları iştirak edəcəklər.
- Yüksək vəzifədən imtina edən, bir kitabın qonorarı ilə maşın alan, fəxri ada görə insult keçirən yazıçımız - Salam Qədirzadə haqqında maraqlı faktlar
- Öncə Tanrı idim – ŞEİRLƏR
- Həsən Turabov kimə gicbəsər demişdi? LƏTİFƏLƏR
Qeyd edək ki, Ərşad Ələkbərov bundan əvvəl Akademik Milli Dram teatrında "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasına quruluş verib.