Kim Kardaşyana bənzəmək üçün 50 əməliyyat keçirdi

Kim Kardaşyana bənzəmək üçün 50 əməliyyat keçirdi
18 dekabr 2014
# 16:24

İngiltərədə 23 yaşındakı vizajist Cordan Ceyms Parkenin məşhur porno ulduz Kim Kardaşyana bənzəmək üçün elətdirdiyi əməliyyatlara 150 min dollar xərclədiyi bəlli olub.

“Sun” qəzetinə Cordan “Keeping Up With the Kardashian” televiziya proqramına baxdıqdan sonra Kim Kardaşyana aşıq olduğunu deyib: “O bütün mənalarda mükəmməl bir qadındır. Onunla bağlı olan çox şeyi sevirəm. Dərisi, saçları, bir sözlə hər şeyi mükəmməldir”.

Cordan Kardaşyana bənzəmək üçün əllidən çox əməliyyat elətdirdiyini bildirib.

Cordan onu da deyib ki, zahiri görkəminə görə onu ələ salanları və süni görünməkdə ittiham edənləri ciddiyə almır: “İnsanlar mənə süni göründüyümü deyəndə sadəcə gülürəm. Görəsən onlar təbii görünməyə çalışdığımı düşünürlər? Məqsədim bu olsaydı pulumu geri istəyirdim”

# 967 dəfə oxunub

Müəllifin son yazıları

# # #