"Mimino"nun rejissoru vəfat edib

"Mimino"nun rejissoru vəfat edib
4 aprel 2019
# 16:22

Məşhur sovet filmlərinin rejissoru Georgi Daneliya vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor 88 yaşında dünyasını dəyişib. Georgi Daneliya ciyərlərindəki problem üzündən xəstəxanada müalicə alırdı.

Xatırladaq ki, Georgi Daneliya “Mockva boyunca addımlayıram”, “Otuz üç”, “Afonya”,”Mimino”, "Payız marafonu", “Kindza-dza” və bir çox başqa filmləri ilə şöhrət qazanıb.

# 2030 dəfə oxunub

Müəllifin son yazıları

# # #