ADO teatrı Venesiya festivalında

ADO teatrı Venesiya festivalında
26 fevral 2018
# 12:21

ADO teatrı İtaliyada festivalda çıxış edəcək.

Kulis.az-ın verdiyi xəbərə görə, teatr İtaliyanın Venesiya şəhərində keçirilən müasir incəsənət festivalına hazırladığı performansla qatılacaq.

Venesiyada keçirilən “Its Liquid International Art Show” adlı festivalda Almaniya, İspaniya, Mozambik, Ukrayna, Amerika, Danimarka, Partuqaliya, Braziliya, Hollandiya və başqa ölkələrdən incəsənət nümayəndələri iştirak edəcək.

ADO teatrı öz çıxışı zamanı italiyalı aktyorlardan da istifadə edəcək.

“Festival tarixində ilk dəfə Azərbaycan da iştirak edəcək. Bu azərbaycanlı və italiyalı artistlərin birgə çıxışı olacaq” –deyə teaterda bildirilir.

Festival martın 1-dən 30-na kimi davam edəcək. ADO-nun çıxışı isə martın 1-də “Palazzo Ca’ Zanardi” zalında baş tutacaq.

# 795 dəfə oxunub

Müəllifin son yazıları

# # #