İspan aktrisa Penelopa Kruz “Sezar” mükafatı alacaq.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Fransanın Incəsənət və kinematoqrafiya texnikası akademiyasi aktrisanı fəxri mükafatla təltif etmək qərarına gəlib.
Təşkilatın prezidentinin söylədiyinə görə, aktrisa böyük kinolayihələrdə çalışıb. O, Ridli Skott, Rob Marşal, Əsgər Fərhadi, Pedro Almadovar, Vudi Allen kimi rejissorların filminə çəkilib.
- Bilirəm ki, cəlladım bir gün sən olacaqsan - Henrix Heynenin şeirləri
- Bolqarıstanda Azərbaycan mədəniyyəti təqdim olunur
- Telli Pənahqızına vəzifə verildi
Aktrisa Oskar mükafatı laueratıdır.
Fransız "oskar"ı sayılan “Sezar”in təqdimetmə mərasimi bu il martın 2-də Parisdə baş tutacaq.
Müxtəlif illərdə “Sezar” mükafatı Corc Kluniyə, Maykl Duqlasa, Meril Stripə, Şon Pennə verilib.