Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa Film Festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, festivalı proqramına 21 film daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsi - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.
Filmlərin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da paytaxtımıza gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçirəcəklər.
- Gəncədə aşıq Molla Cüməyə həsr olunmuş tədbir keçiriləcək
- Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
- Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsi davam edir
Filmlərin nümayişindən sonra interaktiv müzakirələr aparılacaq. /azertag.az/