Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."
11 sentyabr 2026
# 12:40

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr seçkisində kinorejissor, ssenarist, aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudov çıxış edib.

Kulis.az xəbər verir ki, Xalq artisti artıq öz kinostudiyamızı bərpa etməyin vacibliyini vurğulayıb:

"Burdakı hər kəs kinoya xidmət edən insanlardır. Sənətin və sənətkarın qocası-cavanı olmur. Bu gün bizim mənəvi ocağımız Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Kino dövlət siyasətinin tərkib hissəsidir. Ona görə də dövlət kinoya pul ayırır. Hər şeyi şəxsiyyət həll edir. Gəlin, bu gün şəxsi məsələləri kənara qoyaq. Elə etməliyik ki, kino ocağımızın alovu daim alovlansın. Mən düşünürəm ki, ittifaqa rəhbərlik edəcək şəxsiyyət Şəfiqə Məmmədovadır. O dəyərli aktrisamızdır. Onu biz daim qoruyub saxlamalıyıq".

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər