Tarixdə ilk: Məşhur "Skubi-Du"nu real it canlandıracaq

Tarixdə ilk: Məşhur "Skubi-Du"nu real it canlandıracaq
9 iyun 2026
# 16:53

"Skubi-Du" (Scooby-Doo) əfsanəsinin yeni serialında ilk dəfə olaraq baş qəhrəmanı həqiqi it canlandıracaq.

Kulis.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində çəkilişləri davam edən "Skubi-Du: İlk macəra" ("Scooby-Doo: Origins") serialı 2027-ci ildə "Netflix" platformasında izləyicilərə təqdim olunacaq.

Səkkiz seriyadan ibarət olacaq layihədə məşhur "Mystery Inc." komandasını canlandıracaq gənc aktyor heyəti isə artıq məlumdur. Əsas rolları Maksvell Cenkins, Tanner Hagen, Ebbi Rayder Fortson və Makkenna Qreys ifa edəcəklər.

Layihənin rəsmi təqdimat mətnində yeni serialın populyar cizgi filminin "müasir yenidən yozumu" olduğu vurğulanır. Qeyd edək ki, "Netflix" şirkəti hələ aprel ayında yeni komandanın ilk fotosunu pərəstişkarları ilə bölüşmüşdü.

Qeyd edək ki, unudulmaz "Skubi-Du" macərası ilk dəfə 1960-cı illərin sonlarında cizgi serialı kimi ekranlara gəlib və onilliklər ərzində layihənin bir çox fərqli serial və tammetrajlı film versiyaları çəkilib. Ancaq bu vaxta qədər heç bir layihədə məşhur iti gerçək bir heyvan canlandırmamışdı.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər