Qızıl Portağal üçün müraciətlər başladı

Qızıl Portağal üçün müraciətlər başladı
21 iyul 2025
# 17:30

62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalına müraciətlər açıq elan edilib

Kulis.az xəbər verir ki, Türkiyənin ən nüfuzlu kino festivallarından biri olan 62-ci Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı bu il 24 oktyabr - 2 noyabr tarixlərində keçiriləcək.

Milli Bədii Film , Milli Qısa Film , Milli Sənədli Film və Kino Məktəbləri Tələbə Film Yarışmalarına müraciətlər avqustun 22-dək davam edəcək..

Təşkilatçıların verdiyi məlumata görə, daha əvvəlki festival üçün 12 avqust 2024-cü il son qəbul tarixinə qədər təqdim edilməyən, ictimaiyyətə açıq şəkildə nümayiş etdirilməmiş və digər yerli festivallarda iştirak etməmiş filmlər bu dəfə festival üçün namizədliyini irəli sürə biləcək.

Festivalın builki mükafat kateqoriyalarına aşağıdakılar daxildir:

Ən Yaxşı Film

Dr. Avni Tolunay Münsiflər Heyəti Xüsusi Mükafatı

Behlül Dal Ən Yaxşı İlk Film Mükafatı

Ən Yaxşı Rejissor Mükafatı

Cahide Sonku Mükafatı

Ən Yaxşı Ssenari Mükafatı

Ən Yaxşı Operator Mükafatı

Ən Yaxşı Musiqi Mükafatı

Ən Yaxşı Montaj Mükafatı

Ən Yaxşı Sənət Rejissoru Mükafatı

Ən Yaxşı Qadın Oyunçu Mükafatı

Ən Yaxşı Köməkçi Oyunçu Mükafatı

Qeyd edək ki, bu il festivalda ümumilikdə 8,9 milyon türk lirəsi məbləğində pul mükafatı təqdim olunacaq.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #