Müasir kinonun ən məşhur simalarından olan Kristofer Nolan yeni filmi "Odissey" ilə bir ilkə imza atacaq.
Kulis.az xəbər verir ki, film əvvəldən-axıracan "İMAX"da çəkiləcək.
Bundan əvvəl "Oppenheymer" filminin bəzi səhnələri "İMAX"da çəkilmişdi, ancaq "Odissey" tamamilə "İMAX"da çəkilən ilk film olacaq.
Bunun üçün mühəndislər Nolanın istəyi ilə daha kiçik, səssiz və yüngül kameralar hazırlayıb. Yeni kameralar köhnələrdən 30% daha səssiz və portativdir.
Mett Deymon, Tom Holland, Enn Hezuey kimi ulduzların çəkildiyi film 17 iyul 2026-cı ildə tamaşaçılara təqdim olunacaq.