Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi
1 sentyabr 2026
# 11:00

Hollivud aktyoru və rejissoru Mel Gibson Torontoda keçirilən "Fan Expo Canada" festivalında surdotərcüməçini (işarə dili tərcüməçisini) ələ saldığına görə kəskin tənqidlərlə üzləşdikdən sonra üzr istəyib.

Kulis.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Nəşr yazır ki, tədbirdən olan video şəbəkədə geniş yayılıb. Videoda pərəstişkarlarla görüş zamanı Gibson tərcüməçinin arxasında əlləri ilə sürətli, lakin mənasız hərəkətlər edib. Baş verənlərdən sonra 70 yaşlı aktyor öz davranışını "idiotizm" adlandırıb.

"Bəzən səni səhnəyə, projektor işıqları altına çıxaranda fikirlərin qarışır. Bu hərəkətimə görə xətrinə dəydiyim hər kəsdən səmimi qəlbdən üzr istəyirəm", – deyə o bildirib.

Rejissor əlavə edib ki, onun heç bir pis niyyəti olmayıb.

Qeyd edək ki, yaz aylarında Gibson məşhur teleaparıcı Ellen Deceneresi kannibalizmdə (adamyeyənlikdə) ittiham etmişdi. Aktyor qadının adının Epşteyn fayllarında çıxmasından sonra ona qarşı ən ağır cəzanın tətbiq olunmasına çağırmışdı. O, teleaparıcını "əsl şər" adlandıraraq onu uşaqları yeməkdə ittiham etmişdi. Xəbər kino rubrikasında yer alır.

Mel Gibson kimdir?

Mel Gibson (Mel Gibson) — 3 yanvar 1956-cı ildə anadan olmuş amerikalı və avstraliyalı aktyor, kinorejissor və prodüserdir. O, xüsusilə "Dəli Maks" (Mad Max) və "Ölümcül silah" (Lethal Weapon) seriyalarındakı rolları ilə dünya şöhrəti qazanıb. 1995-ci ildə həm baş rolunu oynadığı, həm də rejissoru olduğu "Cəsur ürək" (Braveheart) filminə görə "Ən yaxşı film" və "Ən yaxşı rejissor" nominasiyalarında "Oskar" mükafatlarına layiq görülüb. Gibson həmçinin "İsanın ehtirasları" (The Passion of the Christ), "Apokalipsis" (Apocalypto) və "Vicdanla" (Hacksaw Ridge) kimi səs-küylü, rezonans doğuran ekran işlərinin müəllifidir. Böyük istedadına baxmayaraq, o, karyerası boyu dəfələrlə kəskin və qalmaqallı açıqlamaları, sərt davranışları ilə ictimai qınaq obyekti olub.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər