Məşhur aktrisa Lili Kollinz yeni layihəsində mərhum kino ulduzu Odri Hepberni canlandıracaq.
Axşam.az xəbər verir ki, layihə artıq klassikaya çevrilən “Tiffanidə səhər yeməyi” filminin çəkiliş prosesinə fokuslanacaq.
Qeyd edək ki, 1961-ci ildə rejissor Blake Eduards tərəfindən çəkilən orijinal film Odri Hepberni Holli Qolaytli rolunda tamaşaçıların yaddaşına əbədi həkk edib.