Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytının fəaliyyəti dayandırılıb.
Kulis.az xəbər verir ki, bu barədə kinoşünas Aygün Aslanlı sosial şəbəkə hesabında bildirib.
O bunun müvəqqəti yoxsa həmişəlik olduğunun bilinmədiyini vurğulayıb və indiyədək əməkdaşlıq etmiş müəlliflərə minnətdarlıq edib.
Qeyd edək ki, sözügedən sayt 2022-ci ildə yaradılmışdı.