"Good Will Hunting" filminin rejissorundan yeni film

"Good Will Hunting" filminin rejissorundan yeni film
10 iyun 2026
# 16:00

Dünyanın ilk kişi supermodeli Hoyt Riçardsın həyatı əsasında film çəkiləcək.

Kulis.az xəbər verir ki, rejissor kürsüsündə Qas Van Santın əyləşəcəyi ekran işinin baş rolunda 31 yaşlı ingilis aktyor Nikolas Qalitsin çıxış edəcək.

Hələlik adı dəqiq bilinməyən filmin süjet xətti ilə bağlı detallar ciddi şəkildə sirr olaraq saxlanılır.

Hazırda 64 yaşı olan Riçards 1980-ci illərin sonlarında "Versage", "Ralf Loren" və "Burbery" kimi nəhəng moda evləri üçün poza vermək məqsədilə bütün dünyanı qarış-qarış gəzərək beynəlxalq şöhrət qazanmışdı.

Qeyd edək ki, məşhur modelin həyatının olduqca əhəmiyyətli və qaranlıq bir dövründən bəhs edən sənədli serial da hazırda rəqəmsal platformalarda izləyicilərə təqdim olunur.

Supermodel "Mənə gözəlləri gətir" ("Bring Me the Beauties") adlı sənədli ekran işində Fridrix fon Mirersin rəhbərlik etdiyi və əsasən gənc kişi modelləri hədəf alan "Əbədi dəyərlər" ("Eternal Values") adlı təriqətə necə cəlb olunduğunu və onlara milyonlarla dollar pulu necə bağışladığını bütün təfərrüatı ilə danışır.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər