Gənc kinematoqrafçıların səfər xərcləri dəstəklənəcək

Gənc kinematoqrafçıların səfər xərcləri dəstəklənəcək
1 aprel 2024
# 10:16

Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinematoqrafçıların xarici festivallarda iştirakına dəstək olmaqda davam edir.

Kulis.az xəbər verir ki, AKİ bu dəfə 3 kinematoqrafçının – Leylaxanım Qənbərlinin, Türkan Hüseynin və İmaməddin Həsənovun səfər xərclərini qarşılayıb.

Belə ki, Leylaxanım Qənbərlinin Praqada keçirilən “One World International” sənədli film festivalı çərçivəsində yeddi günlük “One world study visit” təhsil səyahətində iştirakına, - Burada sənədli film rejissorları ustad dərslərində iştirak edir, prodüserlərlə görüşür və öz gələcək layihələrinə dəstək tapmaq imkanı əldə edirlər. - digər kinematoqrafçılar – Türkan Hüseynin “Copenhagen İnternational Documentary Film Festival”da və İmaməddin Həsənovun cari ilin aprel ayında İstanbulda baş tutacaq və sənədli film və teatr rejissorları üçün nəzərdə tutulmuş “Kundura DocLab 2024”də iştirak üçün səfər xərclərinə dəstək veriləcək...

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqı səfərlərin sistemli dəstəklənməsi məqsədilə “Kinosəyyah” layihəsi ilə aidiyyəti orqan qarşısında təşəbbüslə çıxış edib.

# 499 dəfə oxunub

Müəllifin son yazıları

# # #