Əfsanəvi müğənni haqqında film çəkildi

Əfsanəvi müğənni haqqında film çəkildi
22 iyun 2020
# 18:45

Viktor Tsoy haqqında film çəkildi.

Kulis.az rus mətbuatna istinadən xəbər verir ki, əfsanəvi müğənni Viktor Tsoy haqqında rejissor Aleksey Uçitelin ekranlaşdırdığı filmin çəkilişləri başa çatmaq üzrədir.

Rejissor bu barədə mətbuata açıqlamasında qeyd edib:

"Yeni bir filmin çəklişləri başa çatmaq üzrədir. Dünən son dəyişiklikləri etdik. Viktor Tsoyun ölümündən sonra baş verənlər haqqında daha çox məlumat verən "Tsoy" bədii filminə orijinal musiqini əlavə etdik”

Filmin çəkilişləri Sankt-Peterburqda, Latviyada, Kalininqrad və Pskov bölgələrində baş tutub. Ssenari üzərində rejissorla birgə dramaturq Aleksander Qonorovski və gənc ssenarist Savva Minaev işləyiblər.

"Tsoy" filmi 22-26 iyun tarixlərində keçiriləcək Marche du Film kinoteatr bazarında təqdim ediləcək. Tədbir onlayn keçiriləcək.

Filmin prokata verilməsi 2020-ci ilin payızına planlaşdırılır.

# 2941 dəfə oxunub

Müəllifin son yazıları

# # #