"F1" filminin davamı nə vaxt çəkiləcək?

"F1" filminin davamı nə vaxt çəkiləcək?
29 may 2026
# 12:15

2025-ci ilin iyun ayında yayımlanan və "Ən yaxşı film" nominasiyasında "Oskar"a namizəd olan "F1" filmindən pərəstişkarlarını kədərləndirən xəbər gəlib.

Kulis.az xəbər verir ki, aktrisa Kerri Kondonun son açıqlamaları Sonni Hayesin yarışa dönüşünün planlaşdırılandan daha uzun çəkəcəyini göstərir.

Kerri Kondon çəkilişlərin gecikməsinin tamamilə lojistik səbəblərlə bağlı olduğunu bildirib.

​Aktrisa yaranan fasiləni bu sözlərlə izah edib:

​"Ssenarini hamı çox bəyəndi, amma düşünürəm ki, hər şey rejissorumuz Co sərbəst olanda başlayacaq. Bundan əlavə, biz real "Formula 1" təqviminə də uyğunlaşmaq məcburiyyətindəyik. Buna görə də bir az gözləməli olacağıq, amma məncə, buna dəyər."

# 412 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər