"Dune 3" filminin hazırlıqları davam edir

"Dune 3"  filminin hazırlıqları davam edir
9 oktyabr 2025
# 10:40

Frenk Herbertin eyniadlı romanı əsasında Denis Vilnövün çəkdiyi "Dune" film seriyasının 3-cü hissəsinin hazırlıqları davam edir.

Kulis.az xəbər verir ki, Ledi Cessika obrazı ilə məşhurlaşan Rebekka Ferqüson bu filmdə də olacaq.

Aktrisa filmdəki rolunun seriyanın əvvəlki hissələrinə nisbətən daha kiçik olduğunu açıqlayıb:

"Mənim bu filmdə çox da böyük rolum yoxdur. Əslində, filmdə olmamalı idim, amma Denis fikrini dəyişdi. Ssenari möhtəşəmdir".

Qeyd edək ki, film 2026-cı ildə yayımlanacaq.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər