Cem Yılmazın yeni filminin heyəti açıqlandı

Cem Yılmazın yeni filminin heyəti açıqlandı
13 yanvar 2026
# 16:30

Türk kinosunun ən uğurlu komediyalarından biri olan "G.O.R.A." uzun fasilədən sonra yenidən tamaşaçı ilə görüşməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, Cem Yılmaz sosial şəbəkə hesabında etdiyi paylaşımla çoxdan maraqla gözlənilən “GORA 4 GORA” filminin aktyor heyətini ilk dəfə bir yerə yığdığını açıqlayıb.

2004-cü ildə nümayiş olunan "G.O.R.A." filmi Arif Işık obrazı üzərindən türk kinosunda elmi-fantastika ilə komediyanı özünəməxsus şəkildə birləşdirərək qısa müddətdə kult film statusu qazanmışdı. Film həm kassadakı uğuru, həm də dillər əzbəri olan replikaları ilə yaddaşlara həkk olunmuşdu.

Açıqlanan aktyor heyətində Cem Yılmazla yanaşı Can Yılmaz, Bülent Şakrak, Özge Özberk, Uraz Kaygılaroğlu, Bora Akkaş, İdil Sivritepe, Bige Önal, Nevra Cansu Özel, Murat Eken, Emre Karayel və Ahmet Pınar kimi diqqətçəkən sənətçilər yer alır.

Yayım tarixi hələlik dəqiqləşməyən film indidən ilin ən çox müzakirə olunacaq yerli filmlərindənbiri kimi göstərilir.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər