Robert Pattinson və Zoe Kravitsin baş rollarını canlandırdığı “Betmen” filminin davamı haqqında yeni təfərrüatlar bəlli olub.
Kulis.az xəbər verir ki, bir neçə dəfə təxirə salınan və tamaşaçıların səbirsizliklə gözlədiyi "Betmen 2" filmi 1 oktyabr 2027-ci il.tarixində yayımlanacaq.
"The Drama" filminin qalasında çıxış edən 39 yaşlı ulduz yeni film haqqında fikirlərini bölüşüb. Aktyor ssenarinin "möhtəşəm" olduğunu vurğulayıb:
"Məncə, bu, həqiqətən, çox xüsusi və birincidən tamamilə fərqli bir film olacaq. Rejissor Mett Rivz kifayət qədər böyük risklər alır və bunun necə nəticələnəcəyini görmək maraqlı olacaq".