Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi oldu

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi oldu
7 avqust 2026
# 15:20

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor və prodüser Türkan Hüseynin “Xatırladığını Eşit” tammetrajlı bədii film layihəsi Rotterdam Beynəlxalq Film Festivalının Hubert Bals Fondundan Ssenari İnkişaf Dəstəyi (Bright Future) qazanıb.

Bu barədə kulis.az-a AKİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionlarından ümumilikdə 20 layihə qalib seçilib və hər bir layihəyə 10 min avro məbləğində qrant ayrılıb.

“Xatırladığını Eşit” filminin ssenari müəllifi Türkan Hüseyn, prodüseri Emil Nəcəfov, ko-prodüserləri isə Kəmalə İsrafilova və Fəxriyyə İsmayılovadır (Türkiyə, Parda Film).

Filmin süjet xəttinə görə, qətl işi üzrə məhkəmədə həlledici şahid olan qadın şüurunun dərinliklərində gizlənmiş hadisəni yenidən bərpa etməli, eyni zamanda həqiqəti öz maraqlarına uyğun formalaşdırmağa çalışan manipulyativ qüvvələrə qarşı mübarizə aparmalıdır.

Layihə daha əvvəl Fransa İnstitutunun CNC ilə birgə Kann şəhərində keçirilən Türkiyə və Qafqaz üzrə film layihələrinin pitçinqi və Torino film laboratoriyasında iştirak edib.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər