Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Bu barədə Lent.az-a Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.
Qeyd edilib ki, poli orqan çatışmazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib.
- Məşhur tərcüməçi: “Folknerlə aramda ahəng yarada bilmədim”
- “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək
- Ən çox da anam ağlayırdı - HEKAYƏ
Bu səbəbdən Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.