Autizmə həsr olunan filmin premyerası keçiriləcək

Autizmə həsr olunan filmin premyerası keçiriləcək
8 aprel 2026
# 13:00

Autizm, incəsənət və ictimai fəallıq mövzularına həsr olunan “Ben’s Animals” sənədli filmi ABŞ-də nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, rejissor Evan Beloff tərəfindən çəkilən film Nyu-York şəhərində Beynəlxalq Autizm Ayı çərçivəsində premyera edəcək.

Ekran işi Kvinsdə yerləşən "Culture Lab LIC"də tamaşaçılara təqdim olunacaq.

Rejissor filmin ssenarisi Noah Leon ilə birgə yazıb.

“Ben’s Animals” 23 yaşlı kanadalı autizmli rəssam və ekoloji fəal Ben Laşapellin həyatından bəhs edir. Film onun heyvanlarla qurduğu xüsusi əlaqə vasitəsilə cəmiyyətə təsir göstərməsini və dəyişiklik yaratmaq cəhdlərini ön plana çıxarır.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər