"Aşk Tesadüfleri Sever 3" filminin ilk tizeri yayımlandı

"Aşk Tesadüfleri Sever 3"  filminin ilk tizeri yayımlandı
18 iyul 2026
# 13:21

2011-ci ildə ekranlara çıxan və geniş izləyici kütləsinin rəğbətini qazanan "Aşk Tesadüfleri Sever" seriyasının üçüncü filmindən ilk tizer və afişa yayımlanıb.

Kulis.az xəbər verir ki, "Böcek Film" və "Benesta"nın ortaq istehsalı olan romantik ekran işi noyabrın 20-də kinoteatrlarda nümayiş olunacaq.

Baş rollarını Mehmet Günsür və Devrim Özkanın paylaşdığı filmin çəkilişləri hazırda bütün sürəti ilə davam edir.

"Hekayəmiz haradan başlayar?"

Yayımlanan ilk tizerdə birinci filmlə yeni hekayə arasındakı qırılmaz bağa işarə edilir. Ekran işi izləyicilərə ünvanladığı bu sualla yeni filmin ab-havasına dair ilk ipuclarını verir:

"Bütün həyatımızı əvvəldən axıra qədər danışsaq, hekayəmiz haradan başlayar?"

Yaradıcı heyət

Filmin baş rejissoru Ömer Faruk Sorak, rejissoru isə İpek Sorakdır. Hekayəsi İpek Soraka aid olan filmin ssenarisini Funda Dündar qələmə alıb.

Məşhur aktyor Mehmet Günsür seriyanın ilk filmindəki unudulmaz Özgür obrazı ilə yenidən tamaşaçıların qarşısına çıxır. Gənc aktrisa Devrim Özkan isə Mavi obrazını canlandırır.

Keçmişlə bu günün kəsişməsi

Film Özgür və Mavinin kəsişən həyatları üzərindən irəliləyən hekayəsində seriyanın əsas mövzuları olan tale, təsadüf, ailə bağları və zaman anlayışlarını yenidən gündəmə gətirir. Layihə keçmişlə bu gün arasında qurduğu bağla orijinal seriyanın ruhunu qoruyub saxlamaqla yanaşı, tamaşaçılara yeni obrazlar və tamamilə yeni bir hekayə təqdim etməyi hədəfləyir.

Xatırladaq ki, "Aşk Tesadüfleri Sever 3" noyabrın 20-də kinoteatrlarda nümayiş olunacaq.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər