American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı
11 iyul 2026
# 16:00

Televiziya tarixinin ən uzunömürlü və ən çox mükafat qazanan qorxu fenomenlərindən biri olan "American Horror Story" maraqla gözlənilən 13-cü mövsümü ilə ekranlara qayıtmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, pərəstişkarların uzun müddətdir həyəcanla gözlədiyi serial 24 sentyabr, cümə günü "FX" kanalında izləyicilərə təqdim olunacaq.

Yeni mövsümün ən böyük sürprizlərindən biri ulduz aktyor heyəti ilə bağlıdır. Cessika Lanc 2018-ci ildə yayımlanan "Apocalypse" mövsümündən sonra yenidən seriala qayıdır.
Ekranda ona digər sevilən ulduz Sara Polson yoldaşlıq edəcək. Polson serialın pərəstişkarları tərəfindən ən çox sevilən personajlardan biri olan 3-cü mövsümün ("Coven") ali cadugəri Kordeliya Qud rolunu yenidən canlandıracaq.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər