AKİ-dən yeni layihə: “Öz filmini yarat!”

AKİ-dən yeni layihə: “Öz filmini yarat!”
18 noyabr 2025
# 16:41

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əsas layihələrindən biri kinematoqrafçılar üçün nəzərdə tutulan təlim proqramlarıdır. Bu proqramlar yeni başlayan və inkişaf etmək istəyən rejissorlar, ssenaristlər və prodüserlər üçün hazırlanıb. Təlimlər yalnız nəzəri biliklər vermir. Onlar iştirakçılara praktiki bacarıqlar da qazandırmağı hədəfləyir.

Kulis.az xəbər verir ki, AKİ bu məqsədlə yeni layihə elan edir.

Layihənin adı “Öz filmini yarat!” qısametrajlı film laboratoriyasıdır.

Laboratoriyanın məqsədi iştirakçıların öz orijinal film ideyalarını inkişaf etdirmələri, onları peşəkar şəkildə sinopsis, tritment və ssenari mərhələlərinə gətirmələri, daha sonra isə çəkiliş prosesinə keçərək qısametrajlı filmlərini tamamlamalarıdır. Təlim rejissor və prodüser, AKİ-nin katibi Oleq Səfərəliyev tərəfindən aparılacaq. Lakin iştirakçılar digər yerli mütəxəssislər tərəfindən də ustad dərsləri alacaqlar ki, bu da iştirakçılara yaradıcı sənayedə qəbul olunmuş müasir yanaşmalarla tanış olmaq imkanı yaradacaq. Hər bir iştirakçı mentor dəstəyilə öz layihəsini addım-addım inkişaf etdirib, laboratoriyanın sonunda filmini nümayiş üçün hazır vəziyyətə gətirəcək. Bu təlim yaradıcılıq prosesinə sistemli yanaşma təqdim edir və iştirakçılara öz film layihələrini sıfırdan peşəkar səviyyəyə qədər inkişaf etdirmək imkanı yaradır və həm yeni başlayanlar, həm də təcrübəsini gücləndirmək istəyən kino mütəxəssisləri üçün nəzərdə tutulub. Təlim prosesində iştirakçılar yaradıcılıq prosesini dərindən mənimsəmək üçün əlavə olaraq operator, kino rəssamı, kino bəstəkarı, prodüser və s. peşənin mütəxəssisləri ilə görüşəcəklər. Seçilmiş layihələr ekranlaşdırılıcaq.

Layihəyə müraciət etmək istəyənlər dekabrın 1-dək AKİ-nin e-mail ünvanına ([email protected]) “Öz filmini yarat!” başlığı ilə müraciət edə bilərlər.

Daha ətraflı məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqının saytından əldə etmək olar.

# 49 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər