"A Minecraft Movie" filminin davamı çəkiləcək

"A Minecraft Movie" filminin davamı çəkiləcək
1 iyun 2026
# 13:00

"Warner Bros." və "Legendary" şirkətlərinin ortaq istehsalı olan "A Minecraft Movie" filminin davamı olacaq ekran işinin yeni adı təsdiqlənib.

Kulis.az xəbər verir ki, layihənin ikinci hissəsi "A Minecraft Movie Squared" adlanacaq.

Şənbə günü "Minecraft"ın və istehsalçı studiyaların ortaq instaqram hesabında edilən paylaşımda yeni filmin rəsmi adı tamaşaçılara elan edilib. Həmin paylaşımda bu sözlərə yer verilib:

"Yeni bir macəraya hazırsınız? #Minecraft dünyası "A Minecraft Movie Squared" ilə bir daha genişlənir!"

"The Hollywood Reporter" nəşrinin daha əvvəl verdiyi məlumata görə, ötənilki filmin rejissoru Cared Hess bu videooyun adaptasiyasına rəhbərlik etmək üçün yenidən geri qayıdır. O, layihənin ssenarisini orijinal ekran işinin ssenaristlərindən biri olan Kris Qalletta ilə birlikdə qələmə alır.

Xatırladaq ki, orijinal filmdə C. Momoa ilə yanaşı, Cek Blek, Sebastyan Hansen, Emma Mayers, Daniel Bruks və Cennifer Kulic kimi ulduzlar da çəkilmişdi. Davam filminin aktyor heyətinə isə daha bir məşhur sima – aktrisa Kirsten Danst da qoşulub.

İlk "A Minecraft Movie" qlobal miqyasda 957,8 milyon dollar gəlir əldə edərək böyük kassa uğuruna imza atmış və 2025-ci ilin ən çox qazanan ikinci filmi olmuşdu. tənqidçilərin rəyləri birmənalı deyildi.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər