Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq

Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
22 sentyabr 2020
# 18:04

Andrey Tarkovskinin “Andrey Rublev” filminin kadrarxası çəkilmiş video xronikası hərraca çıxarılacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, oktyabrın 5-də “12 stul” hərrac evində Andrey Tarkovskinin “Andrey Rublev” filminin çəkiliş meydançasından çəkilən 33 dəqiqəlik video material hərraca qoyulacaq.

Heç yerdə nümayiş olunmayan kadrlarda rejissor Andrey Tarkovski, şair Nikolay Qlazkov, aktyorlar Anatoli Solonitsın, Mixail Kononov, İvan Lapiskov, Yuri Nazarov, Bolot Beyşenaliev və başqaları var.

Həmçini video xronikada hava balonu ilə olan uçuş səhnələri, Andrey Rublev ilə Yunan Teofanes arasındakı söhbət, tatarların Vladimirə basqını və zəngi qaldırmazdan əvvəlki səhnələr də daxil olmaqla filmin əsas hissələrinə hazırlıq əks olunub.

# 2005 dəfə oxunub

Müəllifin son yazıları

# # #