Roberto Benini fəxri "Qızıl şir" mükafatına layiq görüldü

Roberto Benini fəxri "Qızıl şir" mükafatına layiq görüldü
2 sentyabr 2021
# 10:45

78-ci Beynəlxalq Venesiya kinofestivalı start götürüb. Festivalın açılış mərasimində tanınmış italiyalı aktyor və rejissor Roberto Beniniyə kinematoqrafiyaya tövhələrinə görə fəxri “Qızıl şir” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, mərasimin qonaqlarına Beninin əsas işlərinin fraqmentlərindən hazırlanmış videoçarx təqdim olunub. Qəlbinin sevgi və minnətdarlıq hissi ilə dolu olduğunu deyən aktyor öz növbəsində onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib

Xatırladaq ki, aktyor və rejissor Roberto Benini 30-dan çox filmdə rol alıb.

# 1714 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #