Priştina şəhərində keçirilən festivalın açılış mərasimində alban rejissor İsa Kosyanın “Stork” filmi nümayiş etdirilib.
Kulis.az xəbər verir ki, bu festival Kosovanın mədəni həyatında ən vacib hadisələrdən biridir.
Açılış mərasimində Kosovanın baş naziri Albin Kurti də çıxış edib. O bildirib ki, hazırda Kosovada film sektoruna həmişəkindən daha çox diqqət yetirilir.
- Mahir Qarayevə ağır itki
- Kamal Abdullanın romanı İtaliyada müzakirə olundu
- Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olundu
Festivalın əsas kateqoriyası 6 filmin iştirak etdiyi “Balkan filmləri” kateqoriyasıdır. Bundan başqa, qısa və orta metrajlı filmlər nominasiyası üzrə də mükafatlar təqdim ediləcək.
Qeyd edək ki, festival sentyabrın 15-i baş tutacaq mükafatlandırma mərasimi ilə yekunlaşacaq.