Bakıda “Qara adam” peyda olacaq – HUMAN Teatrında

Bakıda “Qara adam” peyda olacaq – HUMAN Teatrında
16 iyun 2017
# 17:23

Müstəqil “Human” Teatrı növbəti tamaşasını hazırlayır. Teatrdan Kulis.Az-a verilən məlumata görə “Human”Teatrı bu dəfə Sergey Aleksandroviç Yeseninin “Qara adam” poemasını səhnələşdirəcək.



Azərbaycanda ilk dəfə səhnələşdiriləcək əsərin quruluşçu rejissoru yaxın keçmişdə uğurla baş tutan “Yuxum” tamaşasının (ƏSA Teatrının tamaşası) quruluşçu rejissoru Şamil İbrahimovdur.

Artıq premyera günü təyin edilib. Tamaşa üzərində son hazırlıq prosesi gedir.

Qeyd edək ki, müstəqil “Human” teatrının bədii rəhbəri respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev , direktoru Şamil İbrahimovdur.

Təşkilati dəstək: “Axtarış Sənət Evi”.

# 1668 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #