Kulis.Az tanınmış şair Aqşin Yeniseyin yeni şeirini təqdim edir.
Tərgitmiş sufinin şeri
Can məhkum evidir, cəza ver, təki,
- Yenidən sağlamlığına qovuşan Madonnanın rəqs videosu
- Tanınmış rus aktrisa vəfat etdi
- “Yeşilçam”ın Ömərciyi dünyasını dəyişdi
Günahı savabdan məhrum eyləmə!
Min dəfə soruşum, bircə yol hay ver,
Sualı cavabdan məhrum eyləmə!
Əzabdan həzz almaq nə sirdir eşqdə?!
Min yara bəslərəm, hər biri eşqdən!
Asini, aşiqi, kafiri eşqdən,
Mömini kitabdan məhrum eyləmə!
Qulun küfründə də gizli iman var!
Necə ki, ilanın zəhrində can var.
Nə qədər məkan var və laməkan var,
Sufini şərabdan məhrum eyləmə!