Xalq artistindən Sevda Sultanovaya SƏRT İTTİHAM

Xalq artistindən Sevda Sultanovaya <span style="color:red;">SƏRT İTTİHAM
6 yanvar 2016
# 17:39

Xalq artisti Ramiz Məlik tənqidçi Sevda Sultanovanı Kulisdə gedən yazısına görə öz facebook səhifəsində sərt ittiham edib.

O, yazıb: “Sevda Sultanova, heç bir şey anlamadan, bu beş il müddətində teatrda nə baş verdiyini dərk etmədən, teatrın uçurum qarşısında olduğunu görmədən, aktyorları – 30, 45 il sənətə fəda edənləri təhqir etmək nə sənin yaşına, nə də şəxsiyyətinə aid olan məsələ deyil. Deyəsən, tərbiyəndə çoxlu qüsurlar var. Yoxsa belə bayağı, mərifətdən kənar sözlər yazmazdın. Əgər cəsarətin çatırsa, gəl teatra. Kollektivlə görüş, onların fikirlərini öyrən. Sonra qələmə əl at. Sən bizim bəzilərimizi bayağı aktyor adlandırırsan. Sən ki, bizim oynadığımız tamaşaları görmədən, necə qiymət verə bilərsən? Biz, Mehdi Məmmədov, Tofiq Kazımov məktəbinin aktyorlarıyıq. Sənin bundan heç xəbərin də yoxdur, sənə dil verənin kimliyini çox yaxşı bilirik. Teatr kollektivini təhqir etmək, sənin kimilərə baş ucalığı gətirməz. Ağlını başına yığ!!”

Qeyd edək ki, Azərbaycan Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən azad edildikdən sonra teatrın bir qrup aktyoru bufetdə şəkil çəkdirərək bunu qeyd edib. Sevda Sultanova onların bu addımına görə “Azdrama” aktyorlarının bufet təfəkkürü” adlı yazı yazıb.

# 754 dəfə oxunub

Müəllifin son yazıları

# # #