Fariz Çobanoğlu: “Hələ də gözləyirik”-Ən qısa hekayə

Fariz Çobanoğlu: “Hələ də gözləyirik”-Ən qısa hekayə
17 dekabr 2013
# 20:00

Kulis.Az Fariz Çobanoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Hələ də gözləyirik” (375 işarə) hekayəsini təqdim edir.

Zülmlə tikdiyim daxmanın üstünü örtməyə heç cür imkanım çatmadı. Düşünüb-daşınıb qərar verdim ki, oğlumu sünnət etdirib toydan yığılan pulla evin üstünü düzəldim. Yığılan pul ancaq evin üstünü örtməyə çatdı.

Quruca divardan və damından başqa heç nəyi olmayan təzə evimizə köçdük. Yenicə sünnət olunmuş uşaq kədərləndiyimi görüb, ata, pis olma, qoy bir az keçsin, bir də kəsəndə evimizin içərisini düzəldərik - dedi.

Biz hələ də gözləyirik.

# 2348 dəfə oxunub

Müəllifin son yazıları

# # #