Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.
Nikolay Xomiç:
- “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi;
- Şeyx Əbdül xəstəxanaya yerləşdirildi: "Əsəb və qocalıq məni öldürdü"
- Döysün, qoy açmayaq, yorulsun külək - Rəsul Rza
- “Avroviziya-2024”də səhnə quruluşçumuz məlum olub
- “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatı;
Əsərlərinin əsas mövzusu – itirilmiş tarixi yaddaşın bərpası.
“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.
Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib.
Kitabın redaktoru Bəhlul Abbasovdur.